Böyük loğman İbn Sina (TAM KİTAB) 1-Cİ HİSSƏ

Məşhur rus uşaq yazıçı-publisisti Valeri Mixayloviç Voskoboynikovun tarixi povestini diqqətinizə çatdırır. Əsər 1972-ci ildə yazılmış və bestsellərə çevrilmişdir. Təsadüfi deyil ki, bu kitab UNESCO-nun qərarı ilə İbn Sinanın 1000 illiyi ərəfəsində bir çox dünya dillərinə tərcümə edilmişdir. Müəllif Böyük Loğmanın həyatı yolu ilə birgə onun yaşadığı zəmanənin də – Orta Asiyada İslamın ən təzadlı tarixi inkişaf mərhələsində (950-1050-ci illər) saray əhli və adi insanların həyat şəraitini də çox gözəl işıqlandırıb.Kitab yaşından asılı olmayaraq tarix, islam dini və tibb elminin yaranışı ilə maraqlanan və ya sadəcə məqsədinə qətiyyətlə çatmaq istəyən bütün oxucular üçündür

Om Podcasten

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə hansısa sponsorun reklamını sizə eşitdirmək istəmirik. Ona görə də, daimi dinləyicilərimiz mövcud platforma üzərindən istədikləri şəkildə dəstək göstərə bilərlər.Təşəkkür edirik!