Malkolm X (TAM KİTAB) SON HİSSƏ

XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in həyatı və onun insan haqları uğrunda mübarizəsindən bəhs edən kitab işıq üzü görüb. Dövrünün ən məşhur şəxsiyyətlərindən biri olan Malkolm X haqqında ölkəmizdə ilk dəfə nəşr olunan bu kitabda oxucular insanı heyrətə gətirən bir həyat yolu ilə tanış olacaqlar; kitabı oxuduqca bir insanın necə ən çirkin əməllərdən, tüfeyli həyatdan qurtularaq doğru prinsiplərə yiyələnib və bu prinsiplər uğrunda canından belə keçəcək səviyyəyə yüksəlməsinin şahidi olacaqlar. Başıma ən azı bir qrup insanın yaşayıb təcrübə edə biləcəyi qədər hadisə gəlib – deyən Malkolm X modern dünyanın qaradərililərə yanaşma tərzinin gətirdiyi acıları iliyinəcən hiss etmiş bir şəxs olub. Həyatın mərkəzindən uzaqlaşdırılaraq qaranlıq küçələrə sıxışdırılan digər qaradərililər kimi olmaqla barışmayan Malkolm X, nəhayət öz içində inqilab edərək başqa bir insana çevrilir və əzmkar xüsusiyyəti sayəsində insanlığa ləkə olan bu ayrıseçkiliklə mübarizəyə başlayır. O, qısa müddət ərzində qətiyyətli çıxışları ilə modern cəmiyyət tərəfindən əzilən, sındırılan, ən adi insani münasibətlərə həsrət qalan qarədərililərin ümid işığına çevrilir. Beləliklə Malkolm X-in oxucunu heyrətə gətirən, gərgin və mübarizə dolu illəri başlayır.

Om Podcasten

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə hansısa sponsorun reklamını sizə eşitdirmək istəmirik. Ona görə də, daimi dinləyicilərimiz mövcud platforma üzərindən istədikləri şəkildə dəstək göstərə bilərlər.Təşəkkür edirik!